PDF faylını al Çap E-poçt

Expert SM şirkəti yerli və xarici təşkilatlara və müəssisələrə 2002-ci ildən xidmət göstərir.

Biz geniş hüquqi praktikaya əsaslanaraq, hüquqi şəxslərə peşəkar hüquqi xidmətlər göstəririk, və müştərilərlə müqavilə münasibətlərinin tam məxfi saxlamağını təmin edirik.
Sizin nəzərinizə çatdırılan xidmətlər bizim müştərilərimizin biznesinin müdafiəsinə və onun effektiv inkişafına yönəlir.

Expert SM aşağıda qeyd olunan hüquq xidmətlərini təklif edir:Cinayət, Mülki, Əmək və digər hüquq sahələri üzrə müştərilərimizin maraq və mənafelərinin məhkəmədə müdafiə olunması.

Kommersiya hüququ

  • Debitor və kreditor borcların inventarizasiyası və təhlili. Problemli debitor borcların geri qaytarılması, borc öhdəliklərinin idarə olunması.
  • Müqavilə baglamağı, dəyişməsi və icrası ilə bağlı mübahisələrin nizamlanması.
  • Sahibkarların hüquqlarının üçüncü şəxslərin qeyri-hüquqi hərəkətlərindən müdafiəsi. Hüquqi qeydiyyat.
  • Hüquqi ekspertiza və biznes-layihələrin müşaiyəti.
  • Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi.

Korporativ hüquq

  • Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi.
  • Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili;
  • Sizin biznesinizin Offşor trastlarının və fondların istifadə olunması yolu ilə yaradılan təhlükələrdən müdafiəsi;
  • Daxili korporativ və təsis sənədlərinin hazırlanması;
  • Aksiyaların əldə edilməsi və satılmasının hüquqi müşaiyəti;
  • Sahibkar və menecer arasında mübahisələrin nizamlanması;
  • Cəmiyyətin idarə olunmasında səhmdarlara öz hüquqlarının izah olunması.

Vergi hüququ

  • Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası.
  • Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergiödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi.
  • Vergi mübahisələrinin məhkəmə/məhkəmədən xaric qaydada nizamlanması.
  • Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaqların qaytarılması.
  • Artıq ödənilmiş/alınmış vergi və rüsumların geri qaytarılması. Ixrac ƏDV-nin geri qaytarılması.

Müqavilə hüququ

  • Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;
  • Sxemlərin, əməliyyatların, əqdlərin, onların sonrakı təkmilləşdirilməsi məqsədi ilə hüquqi təhlili, müqavilənin ayrı-ayrı şərtlərinin dəyişdirilməsi, əqdlərin vergi aqibətinin qeyri-müəyyənliyi baxımından arzuolunmazlığı ilə bağlı məsləhətlərin verilməsi.

İqtisadi mübahisələr, məhkəmələrdə nümayəndəlik

  • Təşkilatların məhkəmədə, apellyasiya və kassasiya məhkəmələrində maraqların təmsil edilməsi.
  • Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması.
  • Cinayət işlərində müştərilərin hüquq və maraqlarının qorunması.
  • Müştərilərin nəzarət orqanları (DİŞ, prokurorluğ və vergi orqanları) ilə münasibətdə hüquq və maraqların qorunması.

 


Expert SM firması müəssisələrə abonent servis qaydasında müştərinin fəaliyyətində meydana çıxan bütün hüquqi problemlərin həllini əhatə edən xidmətlər göstərir.

Expert SM firması abonentlərinə aşağıdakı xidmətləri göstərir:

 

  • Yerli və xarici firmaların biznesin istənilən sahəsində fəaliyyətinin hüquqi müşaiyət olunması.
  • Dövlət sektoru ilə qarşılıqlı münasibətlərlə bağlı məsləhətlərin verilməsi, mübahisələrin tənzimlənməsi.
  • Nəzarət orqanları (DİO, prokurorluğ, vergi) ilə münasibətlərdə müştərinin nümayəndəliyinin həyata keçirilməsi.
  • Lisenziyaların və icazələrin alınması.
  • Təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması.
  • Müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi və xitamı ilə bağlı mübahisələrin tənzimlənməsi.

 


Expert SM Sizə ailə hüququ üzrə aşağıdakı xidmətləri təklif edir:

  • Ailə hüququ üzrə məsləhətlərin verilməsi.
  • Daşınar və daşınmaz əmlakın idarəolunması barədə məsləhətlərin verilməsi.
  • Notarial xidmətlər.
  • Inzibati hüquqla (avtomobil müfəttişliyi ilə, icra hakimiyyəti ilə, yerli idarəetmə orqanları ilə və s. qarşılıqlı münasibətlər) bağlı münasibətlərin həlli.