|
Məmmədov Sübhan Zakir oğlu.
Təhsili: 1989-cu ildə Ümumiittifaq Hüquq Qiyabi İnstitutuna daxil olub, sonradan Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə keçib və 1994-cü ildə oranı bitirib. 1989-1992-ci illərdə Lenin rayonunun Rayon məhkəməsində, Nərimanov rayon Prokurorluğunda, Məhkəmə Ekspertizası İnstitutunda, Azəreletroterm zavodunun hüquq şöbəsində işləyib. 1992-ci ildən 2001-ci ilədək Azərbaycan Respublikasının Ali Məhkəməsində işləyib. 2002-ci ildən bu günə kimi "Ekspert-SM LTD" hüquq və konsaltinq şirkətinin təsisçisi və direktorudur. 2004-2007-ci illərdə pedaqoqluq fəaliyyəti ilə məşğul olub. 2005-ci ildən bu günə dək Azərbaycan Respublikasının vəkillər kolleqiyasının üzvüdür.
Feyruz Məhərrəm oğlu Quliyev
Təhsili: 1969-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib.
1969-1990-cı illərdə müstəntiq, baş müstəntiq, Qazax SSR və Azərbaycan SSR prokurotura şöbəsinin prokuroru vəzifəsində işləyib, Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür.
1991-2000-сi illərdə Bakı şəhəri Xətai rayonunun İcra hakimiyyətinin hüquq şöbəsinin rəisi olub.
2001-2008-ci illərdə Moskva şəhəri Vəkillər Palatasının üzvü, Rusiya Təhlükəsizlik və Qanunçuluq Akademiyasının professoru olub.
2010-cu ildən Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvüdür. Hüquq elmləri doktoru, Rusiya Təhlükəsizlik və Qanunçuluq Akademiyasının professoru, Beynəlxalq vəkillər Assosiasiyasının üzvüdür.
Məmmədov Ədalət Cavad oğlu.
Təhsili: Bakı Dövlət Universitetinin hüquq fakültəsi (1968-1973). 1973-1979-cu illərdə AR Ədliyyə Nazirliyində məsləhətçi, baş məsləhətçi, «AR Qanunlar Külliyatı»nın hazırlanması üzrə qrupun redaktoru, təcrübəçi hakim vəzifəsində işləyib. 1979-1982-ci illərdə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi, 1982-1985-ci illərdə Qaradağ Rayon Məhkəməsinin sədri, 1985-2000-ci illərdə AR Ali Məhkəməsinin hakimi olub. 2000-2005-ci illərdə Müstəqil Elmi-Praktiki Hüquq Mərkəzində hüquqşunas kimi calışıb, həmin Mərkəzin Prezidenti olub.

Ələkbər Y. Qəmərli.
Təhsili: Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi (1976). 1976-1981-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işləyib. 1987-2000-ci illərdə Azərbaycan Respublikasının Dövlət Arbitrajında və Ali Arbitraj Məhkəməsində, və həmçinin Azərbaycan Respublikasının İqtisad Məhkəməsində Sədrin Birinci Müavini vəzifəsində çalışıb.
Hüseynov Rüstəm Fərrux oğlu.
Təhsili: S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi (1971). 1974-cü ilin dekabr ayından Az. SSR Ədliyyə Nazirliyinin hüquqi təbliğat və vətəndaşların hüquqi tərbiyyəsi şöbəsində məsləhətçi, baş məsləhətçi işləyib. 1974-cü ilin sentyabr ayından Lenin (Sabunçu) rayonunun xalq hakimi, 1976-cı ilin aprel ayından Bakı şəhəri, Orconikidze (Suraxanı) rayonunun xalq hakimi, məhkəmə sədri vəzifəsində işləyib. 1977-ci ilin dekabr ayından Az. SSR-nin Ali məhkəməsinin üzvü, 1987-1988-ci illərdə Az. SSR Prokurorluğunun MMŞ-nin rəisi vəzifəsində işləyib. 1989-cu ilin noyabr ayından 2006-cı ilin aprel ayınadək Azərbaycan Respublikasının vəkillər kolleqiyasının üzvü olub.
Kriştalyev Evgeniy Aleksandroviç
"Ekspert-SM LTD" şirkətinin RF, Moskva şəhərindəki nümayəndəsi.
|