Hüquq xidmətləri
PDF faylını al Çap E-poçt

Expert SM şirkəti yerli və xarici təşkilatlara və müəssisələrə 2002-ci ildən xidmət göstərir.

Biz geniş hüquqi praktikaya əsaslanaraq, hüquqi şəxslərə peşəkar hüquqi xidmətlər göstəririk, və müştərilərlə müqavilə münasibətlərinin tam məxfi saxlamağını təmin edirik.
Sizin nəzərinizə çatdırılan xidmətlər bizim müştərilərimizin biznesinin müdafiəsinə və onun effektiv inkişafına yönəlir.

Expert SM aşağıda qeyd olunan hüquq xidmətlərini təklif edir:Cinayət, Mülki, Əmək və digər hüquq sahələri üzrə müştərilərimizin maraq və mənafelərinin məhkəmədə müdafiə olunması.

Kommersiya hüququ

  • Debitor və kreditor borcların inventarizasiyası və təhlili. Problemli debitor borcların geri qaytarılması, borc öhdəliklərinin idarə olunması.
  • Müqavilə baglamağı, dəyişməsi və icrası ilə bağlı mübahisələrin nizamlanması.
  • Sahibkarların hüquqlarının üçüncü şəxslərin qeyri-hüquqi hərəkətlərindən müdafiəsi. Hüquqi qeydiyyat.
  • Hüquqi ekspertiza və biznes-layihələrin müşaiyəti.
  • Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi.

Korporativ hüquq

  • Bütün növ hüquqi şəxslərin qeydiyyatı, ləğvi, birləşməsi, bölünməsi, ayrılması və gələcək fəaliyyətin hüquqi konsaltinqi.
  • Təsis sənədlərinə dəyişikliklərin əlavə edilməsi, müəssisələrin yenidən təşkili;
  • Sizin biznesinizin Offşor trastlarının və fondların istifadə olunması yolu ilə yaradılan təhlükələrdən müdafiəsi;
  • Daxili korporativ və təsis sənədlərinin hazırlanması;
  • Aksiyaların əldə edilməsi və satılmasının hüquqi müşaiyəti;
  • Sahibkar və menecer arasında mübahisələrin nizamlanması;
  • Cəmiyyətin idarə olunmasında səhmdarlara öz hüquqlarının izah olunması.

Vergi hüququ

  • Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərin hüquqi ekspertizası.
  • Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının təmsil edilməsi, vergi yoxlama aktlarına etirazların hazırlanması və vergiödəyicisinin məsuliyyətə cəlb edilməsindən şikayət verilməsi.
  • Vergi mübahisələrinin məhkəmə/məhkəmədən xaric qaydada nizamlanması.
  • Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaqların qaytarılması.
  • Artıq ödənilmiş/alınmış vergi və rüsumların geri qaytarılması. Ixrac ƏDV-nin geri qaytarılması.

Müqavilə hüququ

  • Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı mübahisələrin tənzimlənməsi;
  • Sxemlərin, əməliyyatların, əqdlərin, onların sonrakı təkmilləşdirilməsi məqsədi ilə hüquqi təhlili, müqavilənin ayrı-ayrı şərtlərinin dəyişdirilməsi, əqdlərin vergi aqibətinin qeyri-müəyyənliyi baxımından arzuolunmazlığı ilə bağlı məsləhətlərin verilməsi.

İqtisadi mübahisələr, məhkəmələrdə nümayəndəlik

  • Təşkilatların məhkəmədə, apellyasiya və kassasiya məhkəmələrində maraqların təmsil edilməsi.
  • Müştərinin iqtisadi fəaliyyət sahəsində cinayət və inzibati işlər üzrə hüquq və mənafelərinin qorunması.
  • Cinayət işlərində müştərilərin hüquq və maraqlarının qorunması.
  • Müştərilərin nəzarət orqanları (DİŞ, prokurorluğ və vergi orqanları) ilə münasibətdə hüquq və maraqların qorunması.

 


Expert SM firması müəssisələrə abonent servis qaydasında müştərinin fəaliyyətində meydana çıxan bütün hüquqi problemlərin həllini əhatə edən xidmətlər göstərir.

Expert SM firması abonentlərinə aşağıdakı xidmətləri göstərir:

 

  • Yerli və xarici firmaların biznesin istənilən sahəsində fəaliyyətinin hüquqi müşaiyət olunması.
  • Dövlət sektoru ilə qarşılıqlı münasibətlərlə bağlı məsləhətlərin verilməsi, mübahisələrin tənzimlənməsi.
  • Nəzarət orqanları (DİO, prokurorluğ, vergi) ilə münasibətlərdə müştərinin nümayəndəliyinin həyata keçirilməsi.
  • Lisenziyaların və icazələrin alınması.
  • Təqdim olunmuş sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanması.
  • Müqavilələrin bağlanması, icrası, dəyişdirilməsi və xitamı ilə bağlı mübahisələrin tənzimlənməsi.

 


Expert SM Sizə ailə hüququ üzrə aşağıdakı xidmətləri təklif edir:

  • Ailə hüququ üzrə məsləhətlərin verilməsi.
  • Daşınar və daşınmaz əmlakın idarəolunması barədə məsləhətlərin verilməsi.
  • Notarial xidmətlər.
  • Inzibati hüquqla (avtomobil müfəttişliyi ilə, icra hakimiyyəti ilə, yerli idarəetmə orqanları ilə və s. qarşılıqlı münasibətlər) bağlı münasibətlərin həlli.
 
Mülki, inzibati, cinayət işlərinin aparılması konsultasiyası PDF faylını al Çap E-poçt

1. Əmək (qeyri-qanuni işdən çıxarılma, həm işəgötürənin, həmçinin də işçinin hüquqların məhdudlaşdırılması ilə əlaqədar mübahisələr və s.), ailə hüququ (boşanma, nigahın pozulması ilə əlaqədar mübahisələr, əmlakın bölünməsi, aliment, nigah müqaviləsinin tərtib olunması və s.) ilə əlaqədar məsələlərin konsultasiyası.

2. Daşınmaz əmlak, torpaq və digər əmlakla, həmçinin xaricdə yerləşən əmlakla bağlı sazişlərin müşayiət edilməsi, konsultasiyası.

3. Vətəndaşlara və hüquqi şəxslərə hüquqi xidmətin göstərilməsi, əmlakla əlaqəli sazişlərin müşayiət edilməsi.

4. Arbitraj, Mülki, Cinayət və İnzibati işlərin aparılması və konsultasiyası. Pozulmuş qanunların qorunmasının formalaşdırılması məsələləri ilə əlaqədar konsultasiya, yaxud qanunu tədbiq etmə praktikasının müxtəlif aspektlərindən dəqiq və düzgün məsləhətlər.

5. Müqavilələrin hüquqi ekspertizası, danışıqlarda iştirak.

6. Məhkəmə icraçısının qaldırdığı icra etmə işlərinin (məhkəmə qərarının yerinə yetirilməsi, öhdəliklərin məcburi yerinə yetirilməsi, icra vərəqinə uyğun cərimələr, əmlaka həbsin qoyulması və götürülməsi, həbs qoyulmuş əmlakın qaytarılması, əmlakın alınmasına müraciət) aparılması.

 
Sizin biznesinizin abunəçi kimi hüquqi müşayiəti PDF faylını al Çap E-poçt

Biznesin hüquqi müşayiəti. Abunə hüquqi xidmətin göstərilməsi.

Abunə hüquqi xidmətin göstərilməsi – bu şirkətin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan hüquqi məsələlərin yüksək ixtisaslı kompleks müşayiətidir.

Bizim şirkətin daimi hüquqi müşayiətinin üstünlükləri arasında əsasən aşağıdakıları qeyd etmək lazımdır:

  • İstənilən hüquqi məsələlərin operativ surətdə həlli.
  • Hüquqşünasın işinin bir saatlıq qiyməti 1,5-3 dəfə azalır (həll edilən məsələnin həcmindən asılı olaraq).
  • Sizə hər bir xidmət üçün ayrılıqda müqavilə bağlamağa ehtiyac olmur. Siz rahatlıqla büdcənizi planlaşdıra bilirsiz, belə ki, Sizə aylıq abonent ödəmənin qiyməti öncədən məlumdur.
  • Ştatın pul təminatına sərf edilən xərclər onun funksionallılığına zərər vermədən minimuma enir (vergilər, əmək haqları, məzuniyyətlər, sosial paket, xəstəlik kağızları, normativ bazalar, ixtisas artırma kursları, yer, texnika, dəftərxana və digər).
  • Abunə hüquqi xidməti göstərən hüquqşünasların imkanları və təcrübəsi əksər halda təşkilatın hüquq şöbəsinin əməkdaşlarının imkan və təcrübəsini üstələyir. Bizim şirkətdə 5 müxtəlif ixtisaslaşmış şöbə  fəaliyyət göstərir ki, onların hər biri lazım gəldikdə Sizin şirkətlə işə cəlb olunacaqdır. Bu dərhal edilir və xidmətin qiymətinə təsir göstərmir.

Abunəçi hüquqi xidmətin göstərilməsi zamanı bizim şirkət aşağıdakı qaydalara və prinsiplərə əsaslanır:

  • Biz əməkdaşlığa başlamazdan öncə ilkin hüquqi audit keçiririk.
  • Biz tam məxfiliyə təminat veririk.
  • Bizim şirkətdə abunəçi hüquqi xidmətində olan müştərilərə xidmət digər müştərilərlə müqayisədə birincilik prinsipi əsasında həyata keçirilir.
  • Abunə hüquqi xidməti korporasiyanın ekspertlər şurasının üzvlərinin köməkliyi ilə həyata keçirilir, hansının ki, üzvləri bütün dünyanın müxtəlif elm sahələrindən olan qəbul edilmiş mütəxəssis və alimlərdir.
  • Biz abunə hüquqi xidməti üçün müqaviləni minimum 3 aylıq bağlayırıq.
  • Bizim korporasiyanin abunəçilərinə-şirkətlərə təstiq olunmuş tarif planına daxil olmayan bütün hüquqi xidmətlərə 25 % endirim təqdim edilir.
  • Bizim şirkətin əsas vəzifəsi – müştəriyə möhkəm hüquqi qorunma imkanı verməklə, heç bir konflikt halların həllinə yayınmadan öz biznesini inkişaf etdirmək və artırmaq şəraiti yaratmaqdır. Biz inanıriq ki, əsl hüquqşünas işi məhkəməyə çatdırmamaq üçün bütün gücündən istifadə etməlidir.
  • Biz orta və böyük bizneslə işləyən zaman məsuliyyət sığortası edirik.

Təşkilatlara hüquqi xidmətlərin göstərilməsi özünə aşağıdakı xidmətlərin göstərilməsini daxil edir:

  • Abunəçi-şirkətin əsas fəaliyyətinə uyğun qanunvericiliyin monitorinqi.
  • Sahibkarlıq, əmək hüququ üzrə konsultasiyalar, qüvvədə olan AR qanunvericiliyinə uyğun arayışlar.
  • Firmanın bütün hüquqi sənədlərinin, o cümlədən  təsis sənədlərinin, müqavilələrin və s. yoxlanılması və hüquqi analizi.
  • Hüquqi sənəd dövriyyəsinin təşkil edilməsi; hüquqşünasın baxışı üçün nəzərdə tutulmuş sənədlərin meyerlarının təyin edilməsi.
  • Səhmdarların reyestrlərinin işlənib hazırlanması və səhmdarların reyestrlərinin emitentlərlə aparılması üzrə konsultasiyalar.
  • Sazişlərin hüquqi müşayiət edilməsi.
  • Xarici banklarda hesabların açılması.
  • Müflisləşmə prosedurlarının hüquqi müşayiət edilməsi.
  • Firmanın inzibati orqanlarda və kompaniyanın partnyor və müştəriləri ilə danışıqlarında  maraqlarının təmsil edilməsi.
  • Hüquqi sənədlərin (təsərrüfat və əmək müqavilələrinin, iddiaların, iddialara cavabların, prosessual sənədlərin və s.) azərbaycan, rus və lazım gəldikdə ingilis dilində tərtib edilməsi.
  • Məhkəmə öncəsi və məhkəmədən kənar təsərrüfat və əmək münaqişələrinin danışıqlar və digər qanuni üsullarla yoluna qoyulması.
  • Şirkətin maraqlarının məhkəmələrdə təmsil edilməsi.

Bizim şirkətin mütəxəssisləri ilə əməkdaşlıq riskləri xeyli endirməyə, Sizin hərəkətlərin keyfiyyətli hüquqi ekspertizasını apararaq problemli məsələlərin yarandığı ilkin mərhələlərdə obyektiv olaraq diaqnozunun təyin olunmasına səbəb olur.

 
Fiziki və hüquqi şəxslərin mənafeylərinin təmsili PDF faylını al Çap E-poçt

Rusiya və digər fiziki və hüquqi şəxslərin maraqlarının xaricdə təmsil olunması, beynəlxalq razılaşmaların müşayiət edilməsi.

Bütün dünyada qanunvericilik aktlarının və normativ sənədlər bazasının sistematik olaraq dəyişdirilməsi şəraitində qeyri-peşəkara müstəqil olaraq bu və ya digər hüquqi incəlikləri öyrənmək və baş çıxarmaq çox çətindir.

Biz Rusiya fiziki və hüquqi şəxslərin maraqlarını xaricdə təmsil edirik. Bizim hüquqi məsləhətlərimiz Sizə lazımi sənədlərin tərtib olunması və alınmasında istiqamətləndirməkdə kömək edəcək, biz beynəlxalq sazişlərin, həmçinin də xüsusi olaraq əmlak sahəsində olan sazişlərin müşayiət olunmasını öz üzərimizə götürürük.

Biz həmçinin Sizə sizin ayrı-ayrı hüquqi xarakterli tapşırıqlarınızın yerinə yetirilməsində köməklik edə bilərik. Bizim mütəxəssis Sizin işlərinizlə əlaqədar olaraq xaricə də səfər edə bilər.

Əgər Siz bağlanılan sazişin qanuniliyində əmin olmaq və gələcəkdə reallaşdırdığınız sazişin mübahisə edilməsi riskinin olmaması təminatını almaq istəyirsinizsə, yüksək ixtisaslı hüquqşünasları cəlb etmədən buna nail ola bilməzsiniz. Heç bir sivil saziş belə mütəxəssislərsiz keçinmir. Bu xidmətlərə sərf olunan xərclər Sizin işinizin təhlükəsizliyinin qiymətidir.

Bizim hüquqşünaslarımız sazişin bağlanması üçün hüquqi özülü hazırlayacaq, tam hüquqi müşayiəti təmin edəcəklər. Bütün saziş proseduru ərzində etibar edə biləcəyiniz professionalın dəstəyini hiss edəcəksiniz.

 
Hüquqi konsultasiya PDF faylını al Çap E-poçt
  1. İstehlakçıların hüquqlarının qorunması məsələləri üzrə hüquqi konsultasiya;
  2. Hüquqi şəxslərin istənilən təşkilati-hüquqi formaların yaranması ilə əlaqədar məsələlərin hüquqi konsultasiyası;
  3. Planlaşdırılan fəaliyyət növünün spesifikasını və iştirakçıların münasibətlərinin xarakterini nəzərə alıb təşkilati-hüquqi formanın seçılməsində köməklik;
  4. Daxili sənədlərin hazırlanmasında və düzgün tərtib edilməsində köməklik;
  5. Müxtəlif sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması;
  6. Nümunəvi sənədlərin tərtib edilməsi;
  7. Müxtəlif növ müqavilələrin tərtib edilməsi;
  8. Vəzifə instruksiyalarının tərtib edilməsi;
  9. Əmək müqavilələrinin tərtib edilməsi;
  10. Ərizə və şikayətlərin hazırlanması və tərtib edilməsində köməklik;
  11. Şifahi rəyin verilməsi ilə ilkin təqdim edilmiş sənədlərin analizi;
  12. Yazılı rəyin verilməsi ilə bütöv həcmdə təqdim edilmiş sənədlərin hüquqi ekspertizası (tədqiq edilməsi);
  13. Hüquqi məsələlər üzrə şifahi konsultasiyalar;
  14. Hüquqi məsələlər üzrə yazılı konsultasiyalar;
  15. Biznes konsaltinq.

Əsas sahələr və xüsusi intizam hüququ üzrə göstərilən hüquqi konsultasiya xidmətləri:

 

  1. Mülki və kommersiya hüququ:
  2. Əmlak münasibətləri:
  3. Məcburi hüquq (istənilən növ saziş və müqavilələr);
  4. Əşya hüququ ( mülkiyyət hüququ, təsərrüfatın aparılması hüququ, operativ     idarəçilik hüququ);
  5. Deliktlər ( törədilmiş zərərdən öhdəlik).
  6. Qeyri-mülki münasibətlər.
  7. Əqli mülkiyyət.
  8. Əmək hüququ.
  9. Dövlət və bələdiyyə hüququ.
  10. Maliyyə, büdcə, vergi hüququ.
  11. Mülki prosessual hüquq.
  12. Beynəlxalq xüsusi hüquq.
  13. İnformasiya hüququ.
  14. Digər sahələr və hüququn xüsusi intizamları.
 
Müqavilələr (kontraktlar) üzrə işlər (xidmətlər) PDF faylını al Çap E-poçt

MÜQAVİLƏLƏRİN BAĞLANMASI MƏRHƏLƏSİNDƏKİ İŞLƏR (XİDMƏTLƏR)

  1. Müqavilələrin (kontraktların) bağlanması zamanı danışıqların aparılmasında iştirak, sazişin hüquqi tənzimlənməsinin müşayiəti ilə.
  2. Müqavilələrin proektlərinin tərtib olunması:
    • Beynəlxalq xarici ticarət kontraktları və xarici iqtisadi kontraktlar;
    • Diler kontraktları;
    • Təchizat kontraktları;
    • Distribyutor müqavilələri;
    • Diler razılaşmaları;
    • Əmək müqavilələri;
    • Eksklyuziv muqavilələr və s.
  3. Yazılı nəticə verilməsi ilə müqavilə layihəsinin hüquqi ekspertizası.
  4. Müqavilə öncəsi mübahisələrin həll edilməsində iştirak.

MÜQAVİLƏLƏRİN DƏYİŞDİRİLMƏSİ, LƏĞV EDİLMƏSİ VƏ YERİNƏ YETİRİLMƏSİ MƏRHƏLƏSİNDƏ İŞLƏR (XİDMƏTLƏR)

  1. Müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi məsələlərində danışıqlar zamanı iştirak.
  2. İlkin müqavilələrə dəyişiklik proyektlərinin  və əlavə razılaşmaların tərtib edilməsi.
  3. Müqavilə öhdəliyinin səbəblər tətbiq etməklə tam və ya qismən dayandırılması.
  4. Yazılı rəy verilməklə bağlanmış müqavilənin öhdəliklərinin yerinə yetirilməsinin hüquqi reallığının qanuni analizi (hüquqi mübahisələrin olmadığı halda).
    • Mülki xarakterli müqavilələrdə;
    • Qeyri-mülki xarakterli müqavilələrdə.
  5. Yazılı rəy verilməklə bağlanmış müqavilənin öhdəliklərinin yerinə yetirilməməsinin hüquqi səbəblərinin analizi (hüquqi mübahisələrin olmadığı halda).
    • Mülki xarakterli müqavilələrdə;
    • Qeyri-mülki xarakterli müqavilələrdə.
  6. Ticarət müqaviləsinin bağlanması anından (proyektin hazırlanmasında iştirak daxil olmaqla) icra edilməsi və ya ləğv edilməsi anına qədər hüquqi müşayiət edilməsi.
  7. İşgüzar məktubun tərtib edilməsi.