Təlimlər və kurslar PDF faylını al Çap E-poçt

BÖYÜK BRİTANİYADA HÜQUQŞÜNASLAR ÜÇÜN İNGİLİS DİLİ

Böyük Britaniyada hüquqşünaslar üçün ingilis dilinin öyrənilməsi


Hüquqi İngilis dilini öyrənmək, Böyük Britaniyanın  mədəniyyətinnən tanış olmaq və maraqlı tətil keçirmək istəyirsiniz? O zaman biz sizi dil məktəblərinə dəvət edirik. Expert SM hüquq şirkəti sizə hüquqşünaslar üçün ingilis dilinin öyrənilməsini məhşur Kembric şəhərciyində təklif edir.

 

Cambridge Law Studio Girton kollecdə, Kembric universitetinin sahəsində, şəhərin mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşir. Kollecin sahəsində bağlar, bar, kafeteriya vardir. Kembricə ən yaxın hava limanı Stansteddir.

 

Cambridge Law Studio – hüquqşünaslar və hüquq fakultələrinin tələbələri üçün hüquqi ingilis dilinin tədris edilməsində ixtisaslaşan dil məktəbidir. Tələbələr London Kral məhkəməsinin, dünya şöhrətli Old-Beyli cinayət məhkəməsinin iclaslarında iştirak edir, ingilis həmkarları ilə görüşür.

Cambridge Law Studio TOLES – beynəlxalq hüquqi ingilis dili imtahanın verilməsi üçün akkreditə olunmuş mərkəzdir. TOLES beynəlxalq hüquq sahəsində işləmək üçün tələb olunan terminologiya biliklərini təsdiq edir, və beynəlxalq hüquq şirkətləri tərəfindən bütün dünya üzrə yüksək qiymətləndirilir. TOLES imtahanın verilməsi üçün çalışmalar məktəbin tədris proqramına daxil edilmişdir.

 

Əsas tələblər: 21 yaşdan başlayaraq.

Proqramda iştirakin qiyməti: 3 həftəsi 1500 avrodan başlayaraq. Proqramın qiymətinə təhsil kursları, təlim materialları, kursun bitməsi haqqında hesabat, London məhkəməsinə ( cinayət məhkəməsinə, mülki işlər üzrə məhkəmə palatasına ) gediş daxildir.