Hüquqi xəbərlər
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsində yenilik tətbiq ediləcək PDF faylını al Çap E-poçt

Yaxın vaxtlarda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, o cümlədən qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsi ilə bağlı sənədlərin qəbulunun, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı sənədlərin qəbulunun nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə əlaqədar sənədlərin qəbulunun, dövlət rüsumlarının ödənilməsinin elektron xidmət kimi göstərilməsinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov "Respublika" qəzetinə müsahibəsində DYP-da "elektron hökumət"in tətbiqi ilə bağlı sualı cavablandırarkən bildirib.

Ardını oxu...
 
Azərbaycan vergi qanunvericiliyini təkmilləşdirmək niyyətindədir - nazir PDF faylını al Çap E-poçt

Azərbaycanda vergi qanunvericiliyinə yenidən baxılacaq. Trend-in məlumatına görə, bu barədə ölkənin vergilər naziri Fazil Məmmədov 09.02.2012 Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.

Ardını oxu...
 
Azərbaycanda vergi ödəyicilərinin nəzərinə: qanunvericiliyə dəyişiklik edilib PDF faylını al Çap E-poçt

Azərbaycan Milli Məclisinin keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.

Trend-in məlumatına görə, dəyişikliyi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik xüsusi, özəl notariuslarla bağlıdır.

Ardını oxu...
 
Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında Qanuna edilən dəyişiklikləri təsdiq edib PDF faylını al Çap E-poçt

Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi haqqında Qanuna edilən dəyişiklikləri təsdiq edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 599; 2010-cu il, №4, maddə 276) 27-ci maddəsinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 27.1-ci maddədə "yaşı 21-dən" sözlərindən sonra ", "DE" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 24-dən" sözləri əlavə edilsin;

2. 27.2-ci maddədə "B" kateqoriyası" sözləri "B" və ya "BE" kateqoriyaları" sözləri ilə əvəz edilsin.

Ardını oxu...
 
Azərbaycan Prezidenti «Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında» Fərmana əlavələr etmişdir PDF faylını al Çap E-poçt

Azərbaycan Prezidenti «Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əlavə etmək barədə Fərman imzalamışdır, - bu barədə AzərTAc Dövlət Agentliyi məlumat verir. 

Ardını oxu...
 
Azərbaycan və Türkiyə ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacaqlar – qəzet PDF faylını al Çap E-poçt

2011-ci ilin yanvarında Azərbaycan və Türkiyənin ikitərəfli qaydada viza rejiminin ləğvi barədə saziş imzalayacağı gözlənilir. Bu barədə çərşənbə günü Türkiyənin "Axşam" qəzeti yazır.

Ardını oxu...
 
Azərbaycan Parlamenti yeni səfirliklərin açılması barədə qanun qəbul edib PDF faylını al Çap E-poçt

Azərbaycan Parlamenti cümə günü iclasında Cənubi Afrika Respublikası, Braziliya, İraq, Vyetnamda səfirliklərin açılması barədə qanun qəbul edib.

Parlamentin iclasında, həmçinin, Azərbaycan və Mavritaniya prezidentlərinin "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası və Mavritaniya İslam Respublikası Hökumətləri arasında bitkilərin karantin və mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş" haqqında birgə bəyanatı təsdiq olunub.

Ardını oxu...