| Azərbaycanda vergi ödəyicilərinin nəzərinə: qanunvericiliyə dəyişiklik edilib |
|
|
|
|
Azərbaycan Milli Məclisinin keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib. Trend-in məlumatına görə, dəyişikliyi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik xüsusi, özəl notariuslarla bağlıdır. O qeyd edib ki, notarius fəaliyyəti gəlirli fəaliyyətdir. "Ona görə də bu dəyişikliklə xüsusi notariuslara vergi ödəyicisi statusu veriləcək. Bu notariuslar iş adamları ilə müqavilə imzalaya biləcəklər", - Hüseynli deyib.
|