|
Firma və müəssisələrin qeydiyyatı mürəkkəb bir prosesdir və bu sahədə xüsusi bilik və praktiki təcrübə olmadan bunu həyata keçirməm mümkün deyildir. Bunu gündəlik vergi müfəttişliyində firmasını özü sərbəst qeydiyyata aldırmaq istəyən ərizəçilərə verilən 10-30 imtina məktubları sübut edir. Son illərdə vergi müfəttişliyi firmaların qeydiyyatı prosesi və sənədlərin hazırlanması qaydaları ilə bağlı hamının əldə edə biləcəyi normativ-hüquqi aktlarda əks olunmayan onlarla yeni tələblər irəli sürmüşlər. Bununla vergi müfəttişliyi “birgünlük pərvanə firmaları”na qarşı mübarizə aparmaq məqsədilə, bir neçə aydan bir firmaların qeydiyyatı prosesi ilə bağlı yeni tələblər dərc edirlər. Buna görə də vergi müfəttişliyinin bu tələblərini bilən və firmaların qeydiyyatı sahəsində ixtisaslaşan hüquqşünaslara müraciət etmək lazımdır. Firmaların peşəkarlar tərəfindən qeydiyyatı gələcəkdə firmanın fəaliyyəti üçün ciddi problemlər yarada biləcək “gizli” səhvlərdən qaçmağa kömək edəcək. Bizim mütəxəssislər Bakı şəhərində firmaların qeydiyyatı üzrə xidmətlər bazarında 7 ildən artıq müddətdir ki, fəaliyyət göstərirlər. Bu müddət ərzində bizim tərəfimizdən bir neçə min firma və fərdi sahibkarlar qeydə alınmışdır. Biz bütün incəlikləri və firmaların qeydiyyatı zamanı meydana çıxa biləcək problemləri bilirik. Əgər Siz bisnesə başlamaq qərarına gəlmişsizsə, lakin sizin firmaları yaradılması üzrə suallarınız qalıbsa, Biz sizə hüquqşünaslarımız tərəfindən pulsuz məsləhət xidməti təklif edirik. Bizim şirkət müxtəlif təşkilati-hüquqi formalı firmaların qeydiyyatı üzrə ixtisaslaşıb. Firmaların qeydiyyatı üzrə ən çox tələb olunan xidmət MMC-nin (MMC – Məhdud Məsuliyyətli Cəmiyyət) qeydiyyatıdır. Bunun bir sıra səbəbləri vardır. Bu səbəblərə: belə firmaların yaradılmasının sadələyi, idarə olunmasının asanlığı, nizamnamə kapitalının məbləğinin aşağı olması və s. aiddir. Firmaların QSC (Qapalı Səhmdar Cəmiyyəti) və ASC (Açıq Səhmdar Cəmiyyəti) formasında qeydiyyatına nadir hallarda rast gəlinir. Qeyri-kommersiya xarakterli təşkilatların (qeyri-kommersiya xarakterli partnyorluq, muxtar qeyri-kommersiya təşkilatı və s.) isə qeydiyyatına çox nadir hallarda rast gəlinir. |