|
Expert SM hüquq şirkəti 2002-ci ildə Bakıda yaradılmışdır. Bizim firmanın yaranmasından az bir müddət keçməsinə baxmayaraq, biz böyük müvəffəqiyyətlər qazanmışıq. Bu müvəfəqiyyətlərin əsasını şirkətin əməkdaşlarının uzun illər müddətində əldə etdikləri yüksək praktika təşkil edir. Bu vaxt ərzində Expert SM firmasının hüquq firması kimi müxtəlif hüqüqi yardım və konsaltinq xidməti, hüquqi şəxslərin yaradılması və onların fəaliyyətinin koordinasiyası sahəsində ixtisaslaşmış dinamik reputasiyası formalaşmışdır. Bizim fəaliyyət istiqamətimiz müxtəlif təşkilati-hüquqi formalı firmaların və müəssisələrin hüquqi qeydiyyatı (MMC, ASC, QSC və s.), idarə, müəssisə və təşkilatlara geniş spektrli peşəkar hüquqi xidmətlərin göstərməsindən ibarətdir. Biz öz müştərilərimizə qanunvericiliyi anlatmaqda və hüquqi problemlərin həlli yollarını axtarmaqda köməkliklər göstərir, onlara biznesin təşkilində məsləhətlər veririk. Biz müştərinin tapşırıqı ilə mübahisələrin məhkəməyə qədər nizamlanmasını və bütün instansiya məhkəmələrinə qədər aparılması ilə məşğul oluruq. Bizim şirkətdə siz həmişə geniş suallar ətrafında hüquqi məsləhətlər ala bilər, müəssisələrin qeydiyyatını keçirə, hazır firma ala, və lisenziyalı fəaliyyət üçün lazım olan sənədləri ala bilərsiniz. Bizim firmanın mütəxəssislərinin köməyi ilə tərtib edilmiş sənədlərin qüvvədə olan qanunvericiliyə uyğun olmasına qarantiya verə bilərik. Biz öz müştərilərimizə müqavilə və sazişlərin tərtib edilməsində, lazım olduqda razılaşma dövründə partnyorlarla danışıqlarda iştirak edərək, köməklik göstəririk. Bizim siyasətimiz – hər bir müştəriyə fərdi yanaşmaqdır. Qeyd etmək lazımdır ki, bizim firma öz işində işgüzar etikaya və məxfilik prinsipinə üstünlük verir və müştərinin inamını qiymətləndirir. Biz öz işimizdə birinci növbədə müştərimizin maraqlarını üzərimizə götürdüyümüz öhdəliklərin yüksək keyfiyyətli və professional yerinə yetirilməsinə yönəldirik. Ona görə biz peşəkarlıq prinsipinə sadiq qalaraq çalışırıq ki, bizim müştərilərimizin və işgüzar partnyorlarımızın maraqları qüsursuz peşəkar etik norma kimi təmin edilsin.
|