• En
  • Az
  • Rus
  • Home
  • Contact
  • Site map

Mühasibat xidmətləri

Expert SM firması Sizin mühasibat və audit sahəsində tapşırıqlarınızı həll etmək üçün kifayət qədər təcrübəyə və resurslara malikdir.


Expert SM aşağıdakı mühasibat xidmətlərini təqdim edir:

·        Vergi işləri üzrə mühasibat xidmətləri, vergi ödəyicilərinin maraqlarının müdafiyəsi.

·        Biznes araşdırması – fiziki və hüquqi şəxslərin direktiv məlumatlar (qeydiyyat məlumatları, rəhbərlik barədə, təsisçilər barədə, xarici iqtisadi fəaliyyət barədə, hüququ şəxslərin biznes etibarlığı barədə və s. məlumatlar) üzrə biznes-bazasının hazırlanması.

·        Borc və onun qaytarılması, hüquqi şəxsin maliyyə durumu barədə analitik materialların hazırlanması.

·        Debitor və kreditor borclarının təhlili və inventarlaşdırılması. Problemli debitor borclarının alınması (borcun qaytarılması), borc öhdəliklərinin idarəolunması.

·        Vergi yoxlamaları ilə bağlı təşkilatın maraqlarının müdafiəsi, vergi yoxlaması aktlarına etirazların hazırlanması və vergi ödəyicisinin məsuliyyətə cəlb olunması haqqında qərardan şikayət verilməsi; vergi mübahisələrinin məhkəmədə həlli (vergi oqanlarının normativ aktlarının etibarsızlığının tanınması, əlavə ödənilmiş/tutulmuş vergi və rüsum məbləğlərinin geri qaytarılması).

·        Xarici iqtisadi əqdlərin rəsmiləşdirilməsi və müşaiyət olunması.

·        Əmlak komplekslərinin və daşınmaz əmlak obyektlərinin əldə olunması ilə bağlı əqdlərin rəsmiləşdirilməsi və müşaiyət olunması.


Expert SM firmasının partnyorlarla birgə audit xidmətləri:

·        Təşkilatın maliyyə fəaliyyətinin yoxlanması və qiymətləndirilməsi.

·        Iqtisadi effektliyin və məhsuldarlığın effektliyinin icmalı.

·        Qanunvericiliyə və digər tənzimetmə aktlarına, eləcədə firmanın daxili siyasətinə və prosedurlarına riayət olunması barədə icmal.

·        Əsas təşkilatı sistemlərin icmalı və bu sistemlərin müasirləşdirilməsi və ya əsaslı yenidən qurulması məsələləri ilə bağlı məsləhətlərin verilməsi.